İmişli sakini Qəbələ dağlarında itkin düşüb.
Lent.az xəbər verir ki, hadisə iyulun 25-də qeydə alınıb.
İmişli rayon sakini, 2000-ci il təvəllüdlü Çingiz Tapdıqov Qəbələ rayonunda qohumunun evindən çıxaraq dağa gedib və bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov açıqlamasında faktı təsdiqləyərək bildirib ki, qohumu onun itkin düşməsi barədə polisə məlumat verib.
Hazırda Ç.Tapdıqovun tapılması istiqamətində axtarışlar davam etdirilir.
www.icra-hakimyyeti.org.az