Ağdaşda 17 yaşlı qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Binələr kəndində qeydə alınıb. Kənd sakini G.İbrahimova iyulun 26-da yaşadığı evdən gedib və geri qayıtmayıb.
Onun itkin düşməsi barədə yaxınları polisə məlumat veriblər.
Hazırda yeniyetmə qızın axtarışları davam edir.
www.icra-hakimyyeti.org.az