Anası xərçəngdən əziyyət çəkən qız fəryad edir: “Müalicə üçün satmağa heç nəyimiz qalmayıb” – FOTO

Cəmiyyət


Xərçəng xəstəliyindən əziyyət çəkən Cəmilə Babayevanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun qızı Rəqsanə Fərzəliyeva məlumat verib.

O bildirib ki, anası artıq 13 ildir xərçəngdən əziyyət çəkir.

“13 il əvvəl anamın beyin xərçəngindən əziyyət çəkdiyini öyrəndik. O gündən elə müalicələrə başladıq. Xəstəliyin yayılmasını bir müddət qoruya bilsək də, artıq xəstəlik yayılıb. Hazırda anamın müalicəsi üçün 2 500 manata ehtiyacımız var. Həmin məbləğin 1 500 manatını sizin saytın izləyicilərinin köməyi ilə toplaya bilsək də, 1 000 manatımız çatmır. Atam 18 il əvvəl vəfat edib, anam üç övladını zülmlə böyüdüb. Amma bizim ona kömək etməyə gücümüz çatmır. Müalicə üçün evimizin mebellərinə kimi satmışıq, artıq satmağa dəyərli heç nəyimiz qalmayıb. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik”.

Ailə ilə əlaqə: (050) 345-32-06

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir