AQTA Rusiya Federasiyasından geri qaytarılmış pomidor və çiyələklə bağlı açıqlama yayıb

Cəmiyyət


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində Rusiya Federaiyasına ixrac olunan 47.2 ton pomidor və 14 ton çiyələk məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

AQTA bildirir ki, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb.

Uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub. Belə ki, məhsul partiyaları geri qaytarıldıqdan sonra çiyələklə bağlı etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq 2023-cü il 24 iyul tarixində yenidən Rusiya Federasiyasına ixrac edilib. Pomidor məhsulu isə sahibkarlıq subyekti tərəfindən etiket məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Rusiya Federasiyasına ixracı həyata keçiriləcək.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir