İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksel Aşanla görüşərək onunla qarşılıqlı sərmayə qoyuluşunun təşviqini müzakirə edib.
Bu barədə nazir “Twitter” hesabında bildirib.
“Görüşdə Azərbaycan-Türkiyə birliyinin ölkələrimizin iqtisadi münasibətlərinin gücləndirilməsi üçün əhəmiyyəti, qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlığa dəstək sahəsində əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, M.Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.
Türkiyə prezidentinin Maliyyə Ofisinin (@cbfinans) rəhbəri Göksel Aşan ilə görüşdə 🇦🇿-🇹🇷 birliyinin ölkələrimizin #iqtisadi münasibətlərinin gücləndirilməsi üçün əhəmiyyəti, qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlığa dəstək sahəsində əməkdaşlıq imkanları barədə fikirlərimizi… pic.twitter.com/phFrUqHO7M
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 27, 2023
www.icra-hakimyyeti.org.az