Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında müvafiq əmr imzalayıb.
Nazirlikdən verilən məlumata görə, XI sinfi bitirən 126 məzun qızıl nişanla, 95 məzun isə gümüş medalla təltif olunub.
Sənədə əsasən, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
11:36
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 18-i qızıl, altısı gümüş nişana layiq görülüb.
Bu barədə idarədən məlumat verilib.
Elm və təhsil nazirinin
Qeyd edək ki, namizədlərin qızıl və gümüş nişana layiq görülməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.
www.102info.az