Türkiyənin “Fənərbağça” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
İstanbul təmsilçisinin yaydığı məlumata görə, İtaliya “Sassuolo”sunda çıxış edən Mert Müldürlə anlaşma əldə edilib. 24 yaşlı müdafiəçi bu gün tibbi müayinədən keçəcək.
“Fənərbağça” Türkiyə millisinin üzvü üçün A Seriyası klubuna 3,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mert Müldür 2019-cu ildən “Sassuolo”nun formasını geyinir.
www.icra-hakimyyeti.org.az