İyulun 26-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə Gəncə şəhəri, Heydər Əliyev mərkəzində Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun tədbiri keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun fəal gəncləri və idmançılar iştirak edib.
Tədbirdə müxtəlif sahələrdə nailiyyət qazanmış gənclər fəxri fərmanlarla təltif edildilər.
www.icra-hakimyyeti.org.az