“Heydər Əliyev İli” çərçivəsində Kəlbəcər rayon İcra Hakiimiyyətinin və YAP Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib

İCRA hakimiyyeti Sosial Tədbirlər

“Heydər Əliyev İli” çərçivəsində Kəlbəcər rayon İcra Hakiimiyyətinin və YAP Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən dəyirmi masada Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Eldəniz Mehdiyev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Əhmədova, Gəncə və Gəncə ətraf bölgələrdə yaşayan Kəlbəcər rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Eldəniz Mehdiyev dəyirmi masa iştirakçılarını salamlayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində, Azərbaycan xalqının qəlbində özünəməxsus yeri var. Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, müstəsna xidmətlərindən, Azərbaycanının 2-ci Qarabağ müharibəsindən əldə etdiyi uğurlu qələbədən işğaldan azad edilmiş bölgələrimizdə aparılan tikinti quruculuq işlərdən, qayıdış proqramının uğurla icrasından və Azərbaycanın bölgədə söz sahibi olmasından geniş söhbət açıb.
Daha sonar çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan bəhs edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın canlı tarixidir. Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə ölkəmiz öz inkişaf yolunu müəyyənləşdirməklə bərabər həm də özündən sonrakı dövr üçün böyük işlər görmüşdür. Onun siyasi xətti bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən Rayon ağsaqqalı, RİH başçısı yanında ictimai şuranın sədri Musa Əxiz vurğulayıb ki, Azərbaycanda ağsaqqallar həmişə xalq arasında böyük nüfuza malik olublar, onlar insanlar tərəfindən həmişə hörmətlə qarşılanıblar. Ağsaqqal öz həyat təcrübəsi, təmkini və ağlı ilə el arasında seçilib, həyat üçün mühüm məsələlərin həllində söz sahibi olublar. Məhs bu tituldan istfadə edərək Heydər Əliyev irsinin öyrənilməsində, təbliğində, gələcək nəsillərə çatdırılmasında, gələcəkdə bu işlərin daha da uğurlu aparılmasında da əllərindən gələni edəcəklərini bildirib.
Sonra Kəlbəcər rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov,Təhsil eksperti Alı Həsənov çıxış etmiş, sonda rayon ağsaqqalları, ziyalıları dövlətimizin əldə etdiyi möhtəşəm uğurlara görə Ali Baş Komandana və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir