İranın Məşhəd şəhərində çörəyin qiyməti 40% qəfil bahalaşıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Çörəyin qiymətinin bahalaşmayacağı ilə bağlı bəzi rəsmilərin verdiyi sözlərin təkzib edilməsi ilə yanaşı, bütün növ çörəklərin qiymətlərində 30-40% artım müşahidə edilib.
Əhali öz sosial media hesablarından bu bahalaşma ilə bağlı etirazlarını bildirib. Həmçinin əyalət valiliyinin məsuliyyəti öz üzərinə götürmədiyini də qeyd ediblər.
www.icra-hakimyyeti.org.az