Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında 2-ci turunda səfərdə “İstra 1961” ilə qarşılaşıb.
Qarşılaşma Azərbaycan millisinin hücumçusu olan Mahir Emreli üçün uğurlu alınıb.
26 yaşlı hücumçu sözügedən görüşdə meydana start heyətdə çıxıb.
6-cı dəqiqədə Luka İvanuşeçin vurduğu qolun ötürməsini məhz M. Emreli verib.
Həmçinin o, 57-ci dəqiqədə komandasının 2-ci qoluna imza atıb və fərqi bir qədər də artırıb.
“İstra 1961” – “Dinamo” (Zaqreb) 0:3
www.icra-hakimyyeti.org.az