Bu gün gecə saatlarında Moskvaya pilotsuz uçan aparatlarla (PUA) hücum cəhdi edilib.
Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiq edib.
“PUA-lar hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib. İtki və dağıntı olmayıb”, – Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
Qeyd edək ki, Rusiya paytaxtına düzənlənən PUA hücumları barədə ilk məlumatı səhər saatlarında Moskvanın meri Sergey Sobyanin yaymışdı.
Mənbə: TASS
www.icra-hakimyyeti.org.az