Sabirabadda su kanalında üç nəfəri elektrik cərəyanının vuraraq öldürməsinin bəzi təfərrüatları məlum olub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Cavad kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakinləri, 2011-ci il təvəllüdlü Əlizadə Nihad Elçin oğlu, onun əkiz qardaşı Əlizadə Əjdər və qohumları, 2007-ci il təvəllüdlü Əliyev Orxan sərinləmək məqsədilə ərazidəki su kanalına gediblər. Onlar suya girərkən kanalda quraşdırılmış su nasosu işlək vəziyyətdə olub. Nəticədə qurğunu elektriklə təmin edən xəttin suya buraxdığı cərəyan əkiz qardaşları və qohumunu vurub. Əkiz qardaşlar təcili yardım maşını, O.Əliyev isə yaxınları tərəfindən Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, ancaq həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
12:22
Sabirabadda su kanalında əkiz qardaşları və qohumunu elektrik cərəyanı vuraraq öldürüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, bu gün saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları – əkiz qardaşlar 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimyyeti.org.az