Ötən gün Ələt-Astara magistral yolunda baş verən qəzada yaralanan beş nəfər evə buraxılıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
“Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilən beş nəfərin hər birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.
Xatırladaq ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin digər iki avtomobillə toqquşması nəticəsində baş verib.
Nəzrin Vahid
www.102info.az