“Cathay Pacific” aviaşirkətinin Sürix-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi (ürək tutması) olub.
“Airbus A350” təyyarəsi yerli vaxt ilə saat 21:29-da Bakı hava limanında uğurla eniş edib.
Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.
www.icra-hakimyyeti.org.az