Şuşanın qlobal miqyasda artan rolu: Prezidentin tarixi şəhərdən vermiş olduğu mesajların xarakteri

Gündəm

 II Qarabağ müharibəsi nəticəsində Ermənistanın kapitulyasiya aktına imza atması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun Şuşa şəhərini düşməndən azad etməsi ilə tarixi ədalət bərpa edildi. Artıq azad edilmiş tarixi ərazilərimiz, torpaqlarımızın hər yerində böyük quruculuq-bərpa işləri icra edilir. Bu xüsusda Şuşa şəhərin tarixi görkəmi özünə qayıtmış olur. Şuşada müasir infrastruktur, otellər binalar, tarixi-mədəni abidələr, məscidlər, minarələr təmir-bərpa edilir. Bütün bunların fonunda Şuşa yerli və beynəlxalq tədbirlərin keçirildiyi mədəni, siyasi mərkəzə çevrilib. Milli Mətbuatın 148 illiyi çərçivəsində Şuşada Qlobal Media Forumunun keçirilməsi də bu baxımından xüsusi önəm kəsb edir.

Bunu icra-hakimyyeti.org.az Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Forumda iştirakı yerli və xarici media təmsilçilərinin suallarına tutarlı və məntiqli cavabları ölkəmizin post-müharibə dövrü perspektivləri, regionda formalaşmış yeni reallıqlarla bağlı yanaşması açıq şəkildə ifadə edilib: “Azərbaycanla yanaşı Qafqazın, Türk dünyasının siyasi ideoloji, mədəni mərkəzi olan tarixi Şuşa şəhərində Qlobal Media Forumunun keçirilməsi xüsusi məna kəsb edir. Forumun Şuşada keçirilməsi Azərbaycan tarixinin, mədəniyyətinin, eləcə də, şanlı zəfərinin və azad edilmiş tarixi torpaqlarımızda ölkəmiz tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin təbliği baxımından önəmli idi. 49 ölkədən 150-i xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun yer aldığı Şuşa Qlobal Media Forumunda həmçinin 60 yerli media qurumunun rəhbəri və nümayəndəsi qatılıb.

Sual-cavab formatında keçirilən forumda Prezident İlham Əliyev dünyada və regionda baş evrən siyasi proseslərlə əlaqədar media nümayəndələrinin suallarını əhatəli və dolğun şəkildə cavablandırıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına toxunan ölkə başçısı erməni tərəfinin sülh müstəvisində öz üzərinə düşən vəzifələrin icrası ilə bağlı konkret addım atmadığı, mövqe sərgiləmədiyini  qeyd edib. Sözsüz ki, sülh sazişinin imzalanmayacağı nəticədə Ermənistan və bütövlükdə bölgə üçün ağır fəsadlar yaradacaq. Reallıq isə odur ki, Cənubi Qafqazda inkişaf və tərəqqi üçün şərtləri diqtə edən qalib və güclü Azərbaycandır. Təbii ki, sülhün əldə olunması hər iki ölkənin iqtisadi inkişafına ciddi töhfə verə bilər. Fakt odur ki, bu gün sülhün gətirəcəyi iqtisadi dividentlərə Ermənistanın ehtiyacı daha çoxdur. Çünki 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlayan və özünün təcavüzkar mahiyyəti ilə Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Ölkəmiz isə Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövləti statusuna yüksəlməklə söz sahibinə çevrilib”.

Deputat vurğulayıb ki, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu strategiya bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: “Şuşada keçirilən Qlobal Forumda ölkə başçısı ölkəmizin enerji siyasətinə də toxundu. Dövlət başçısı Cənub Qaz dəhlizinin uğurla icrasından Azərbaycanın Avropa üçün əhəmiyyətli qaz tədarükçüsü kimi aratan mövqeyindən bəhs etdi. Avropa Komissiyasının prezidentinin  Azərbaycanı etibarlı tərəfdaş adlandırması, ölkəmizin bu istiqamətdə artan və dayanıqlı rolu, Transxəzər Qaz Boru Kəməri və digər mühüm layihələrin reallaşması da forumda diqqət edilən mövzular sırasında idi. Bu gün Azərbaycan enerji sahəsində beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi qəbul olunur. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu bütün dünya tərəfindən etiraf edilir. TAP və TANAP boru kəmərlərinin genişləndirilməsi ilə bağlı gözləntilər ölkəmizin bu sahədə etibarlı tərəfdaş mövqeyini gücləndirir. Ölkəmiz həmçinin alternativ enerji siyasətinə də mühüm diqqət yetirir. Azərbaycanın yaşıl enerji sahəsində iri layihələri bu xüsusda mühüm önəm kəsb edir. Artıq Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətindən mühüm addımlar atılır”.

Aqil Məmmədov Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma. Böyük Qayıdışla bağlı atılan sistemli addımlardan bəhs etdiyini bildirdi: “Azad edilmiş ərazilərdə bərpa-quruculuq prosesinin icra vəziyyəti keçmiş qaçqın və məcburi köçkünlərin sistemli şəkildə daimi olaraq öz ata-baba yurdlarına köçürülməsi uğurla icra edilir. 30-dan çox şəhər və kəndin baş planı artıq təsdiqlənib. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağı açıqlanıb. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın geri dönməsinin nəzərdə tutulduğu vurğulanıb. Sözsüz ki. Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərini təkbaşına heç bir maliyyə yardımı almadan icra etməkdədir. Qarabağ və Şərqi Zəngəzurun qısa zamanda bərpa edilməsi Böyük Qayıdış proqramının icrasını daha tez təmin etməyə imkan verəcək ki, bu da Azərbaycanın sosial-iqtisadi, siyasi strategiyasının doğru-düzgün hədəflərə hesablandığının növbəti əyani təzahürü hesab edilir”.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir