“Qazsızma əleyhinə detektorlar yeni binalarda məcburi hal alıb”.
Oxu.Az xəbər verir ki, bunu “Azəriqaz” İB-nin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək birliyin media nümayəndələri üçün nəzərdə tutulan “Açıq qapı” günündə deyib.
O bildirib ki, yeni tikili binalarda FHN və “Azəriqaz” İB-nin birgə texniki şərtə dair rəyində detektorların quraşdırılması vacib hal alıb:
“Yeni binaların, demək olar ki, hamısında detektor quraşdırılıb. Lakin sakinlərin əksəriyyəti bu detektorları naqildən, dövriyyədən ayırır. Onların işlək vəziyyətdə olması vacibdir, o, aksesuar deyil. O qara qutu ora elə-belə qoyulmayıb.
Bu detektorlar əslində onların xeyrinədir. Adi bir tüstünü o qutu sızma olaraq qəbul edir və təhlükəsizlik məqsədilə qaz təchizatını dayandırır. Bunun önəmi başa düşülməlidir.”
Könül Cəfərli
www.icra-hakimyyeti.org.az