17 yaşlı Cavidanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Minayə Ələsgərova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə iflic xəstəliyi ilə doğulub.
“Cavidan 17 il əvvəl iflic xəstəliyi ilə dünyaya gəlib. Doğulduğu gündən müalicələr etsək də, demək olar heç bir irəlləyişi olmayıb. Kömək olmasa yeriyə, otura bilmir. Həkimlər sağ əlində cüzi tərpəniş olduğunu və əməliyyat olarsa əlinin işləyə biləcəyini deyir. Əməliyyat üçün isə 3 500 manata ehtiyacımız var”
Minayə Ələsgərova əməliyyat məbləğinin cəmi 500 manatını toplaya bildiklərini deyib.
“500 manat toplaya bilsək də, 3 000 manatını yığa bilmirik. Onun bir qolunun açılması işləməsi inanın bizim üçün çox böyük xoşbəxtlikdir. 17 yaşı olmasına baxmayaraq yeməyini və suyunu biz yedizdirib, içizdiririk. İnanın bu bir ana üçün çox ağırdır. Əməliyyat olsa heç olmaya bir əli tutacaq, su içə biləcək. Yardımsevər şəxslərdən bizə kömək etməklərini xahiş edirəm”
Ailə ilə əlaqə: (050) 345-47-52
www.icra-hakimyyeti.org.az