Dünən, avqustun 2-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Milli Kino Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Gülzar İsmayılova böyük tarixə malik olan Azərbaycan kinosu, kinomuzun keçdiyi inkişaf yolu, xalqımızın mədəni-mənəvi həyatında mühüm rolu, dövlətin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğısı haqqında ətraflı məlumat verib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. Həmin gün milli kinonun yaranma günü sayılır.
Sonra kinorejissor Əliqulu Səmədovun “Dolu” filmi nümayiş olunub.
Yekunda Ə.Səmədovun çəkdiyi filmlərdən ibarət foto sərgiyə baxış keçirilib.
ƏLİHÜSEYN ŞÜKÜROV,
Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi qəzetinin Baş redaktoru.
www.102info.az