Azərbaycanda dəhşətli hadisə: Oyun oynayan azyaşlı qardaşların başından qaynar su töküldü – FOTO

Cəmiyyət


İyulun 2-də İsmayıllı rayonunda yaşayan ailə dəhşətli hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a Rafiq Məmmədli məlumat verib.

O qeyd edib ki, iki övladı birdən ağır yanıq xəsarəti alıb:

“Mətbəxdə qaz plitəsinin üzərində su qaynadırdıq. Bu zaman bizim xəbərimiz olmadan 2019-cu il təvəllüdlü oğlum Natiq Məmmədli və 2021-ci il təvəllüdlü oğlum Hüseyn Məmmədli qaz plitəsinin altında yerləşən elektrik sobasının qapağını açıb-bağlayaraq oyun oynamağa başlayıblar. Qapaqla oynayarkən qaz plitəsinin üstündəki qaynar su dolu qab sürüşərək uşaqların üzərinə aşıb. Nəticədə hər iki oğlum dəhşətli formada ağır yanıq xəsarəti alıb. Biz təcili yardım maşını ilə Bakıya gəldik. Bakıda xəstəxanalardan birində 17 gün qaldıq. Onun 8 günü reanimasiyada keçib. Daha sonra xəstəxana xərclərimizi ödəyə bilmədiyimiz üçün oradan öz ərizəmizlə ayrıldıq. Özüm avtoyumada işləyirəm. 600 manat maaş alıram. Həyat yoldaşım isə evdar qadındır. Bizim bu ağır sınaqdan təkbaşına çıxmağımız mümkün deyil. Həkimlər bizə övladlarımızın müalicəsi üçün 4 min manat lazım olduğunu bildiriblər. Bu pulun 2800-nü yardımsevər insanların dəstəyi ilə toplayıb övladlarımın 10 günlük müalicəsini apara bildik. Lakin həkimin yazdığı dərmanları ala və masajları etdirə bilməyim üçün 1200 manata ehtiyacım var.  İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 571-32-62 (Rafiq Məmmədli)

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir