Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 30-da rayon ərazisindəki piyada keçidlərinin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri 36 yaşlı Ramal Məmmədli və 31 yaşlı Tural Əhmədov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimyyeti.org.az