Bakı şəhərində yerləşən istirahət məkanlarından birində ağacın gövdəsi beton içində saxlanılıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində fəaliyyət göstərən istirahət məkanlarından birində ağac pilləkanların içərisində saxlanılaraq betonlanıb.
Ərazidə yaşayan sakinlər bildiriblər ki, təbiət qoynunda istirahət məkanı yaratsalar da, onların təbiətə qarşı münasibəti beton içərisində saxlanılan nəhəng ağacdan bəlli olur.
Vətəndaşlar həmçinin qeyd ediblər ki, pilləkənləri ağacın gövdəsini beton içində saxlamadan da tikmək olardı.
Onlar ağacın gövdəsinin betondan azad edilməsini, qorunmasını aidiyyəti qurumlardan xahiş edirlər.
www.icra-hakimyyeti.org.az