Bakıda üzərinə benzin tökülən qaynaqçı yanıb.
APA xəbər verir ki, 1977-ci il təvəllüdlü Elxan Əsgərov Nərimanov rayonu, Ziya Bünyadov prospektində icarəyə götürdüyü sexdə qaynaq işləri görən zaman üzərinə benzin tökülüb.
Bu zaman kişi yanıq xəsarətləri alıb. Yaxındakıların köməyi ilə Elxan Əsgərov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimyyeti.org.az