Avqustun 5-də çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şirvan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas olunub.
www.icra-hakimyyeti.org.az