“Bavariya”nın və Fransa yığmasının müdafiəçisi Benjamin Pavar rəsmən “İnter”in oyunçusu oldu.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, futbolçunun transferinin dəyəri 30 milyon avrodur, bundan əlavə 2 milyon avro bonus olaraq veriləcək.
Tərəflər beş illik müqavilə bağlayıblar.
Qeyd edək ki, Pavar 2019-cu ilin yayından bəri “Bavariya”da oynayıb. O, heyətdə ümumilikdə 163 matçda meydana çıxıb, 12 qol vurub və bir o qədər də məhsuldar ötürmə edib. Benjamin “Bavariya” ilə 2019/2020 mövsümündə Çempionlar Liqasının qalibi, 2020-ci ildə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub və dörd dəfə Almaniya çempionu olub.
Fransa komandası ilə Pavar 2018-ci il dünya çempionu olub, həmçinin 2020/2021 Millətlər Liqasının qalibi olub.
Mənbə: Çempionat
www.icra-hakimyyeti.org.az