Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Mərkəzi Kitabxanasında 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
Tədbirdə kitabxana əməkdaşları və Mirlətif Ağayev adına MMC Təbib tibb kursunun tələbələri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda ana dilimizin tarixi keçmişindən, Azərbaycan dilinin kənar təsirlərdən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin əvəzedilməz xidmətlərindən danışılıb. Bildirilib ki, Ümummilli Liderin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından dahi rəhbərin göstərdiyi misilsiz xidmətlərdəndir. Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi fəxarətlə qeyd edilir.
Yekunda tələbələr də mövzu ilə bağlı fikirlərini ifadə ediblər.
ƏLİHÜSEYN ŞÜKÜROV,
Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi qəzetinin Baş redaktoru.
www.icra-hakimyyeti.org.az