Cəlilabadda xəsarətlə nəticələnən iki avtomobil qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, qəzalardan biri Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Bu qəza nəticəsində 1994-cü il təvəllüdlü Süleyman Yarıyev xəsarət alıb.
Daha bir avtoqəza nəticəsində 1987-ci il təvəllüdlü Elşad Təhməzov xəsarət alıb. Hər iki yaralı rayon xəstəxanasına çatdırılıb.
Faktlarla bağlı araşdırma aparılır.
www.icra-hakimyyeti.org.az