Cəlilabadda avtomobillər 13 yaşlı oğlanı və 28 yaşlı qadını vurub.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisələr rayonun ayrı-ayrı ünvanlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobillərdən biri piyada, 2010-cu il təvəllüdlü Səyyad İbrahimovu, digəri isə 1995-ci il təvəllüdlü Leyla Kazımovanı vurub.
Hər iki yaralı rayon xəstəxanasına çatdırılıb.
Faktlarla bağlı araşdırma aparılır.
www.icra-hakimyyeti.org.az