Bu gün Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən altı nəfər xilas edilib. Onlardan dördü uşaq olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Zuğulba”, “Mərdəkan” və “Şüvəlan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən altı nəfər, o cümlədən dörd uşaq xilas olunub.
www.icra-hakimyyeti.org.az