Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini təşkil etməyə davam edirlər.
Yayılan yeni videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaları həyata keçirilməsi aydın görünür.
Bu dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınıb.
Qeyd edək ki, bundan öncə də dəfələrlə analoji hadisənin görüntüləri yayılıb.
www.icra-hakimyyeti.org.az