Hadija Labib: “Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”

Dünya


“Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”.

“Report” xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadija Labib Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugünkü görüş mühüm məsələlərin müzakirəsi üçün əla fürsətdir.

Görüş zamanı onlar ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. “Biz bu əlaqələrin dərinləşməsini istəyirik”, – H.Labib əlavə edib.

O bildirib ki, Belçika iki ölkə arasında işgüzar əlaqələrin, eləcə də Azərbaycanda Belçika şirkətlərinin sayının artırılmasına tərəfdardır.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir