Maui adasındakı yanğında ölənlərin sayı növbəti 10 gün ərzində iki dəfə arta bilər.
Bu barədə Havay qubernatoru Coş Qrin xəbərdarlıq edib.
Onun sözlərinə görə, xilasetmə qrupları hər gün 10-20 şəxsin qalıqlarını tapa bilərlər. Hazırda isə 99 nəfərin öldüyü təsdiqlənib.
O da vurğulanır ki, güclü yanğın nəticəsində metal konstruksiyaların da əridiyi nəzərə alınsa, həlak olanların şəxsiyyətini müəyyənləşdirmək asan olmayacaq.
Qeyd edək ki, Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahainaya keçib və şəhər tamamilə məhv olub. ABŞ-də son 100 ilin ən ölümcül meşə yanğını hesab edilən fəlakət nəticəsində azı 2 200 bina dağılıb (onların 86%-i yaşayış binaları olub), minlərlə insan evsiz qalıb. Dəymiş ziyan 5,5 milyard dollar həcmində qiymətləndirilir.
Mənbə: Cbsnews.com
www.icra-hakimyyeti.org.az