İranda insanların repressiv qüvvələrə hücumları artıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı SEPAH-a (İslam İnqilabının Keşikçiləri Korpusu) istinadən xəbər yayıb.
Məlumata görə, Tonekabon şəhərində hökumətə bağlı radikal Bəsic qüvvələrinin üzvü “Peugeot 206” avtomobilinin altında qalaraq öldürülüb.
Həmin şəxsin adının Həmid Ləzər Qulami olduğu bildirilib.
O, nəzarət-buraxılış məntəqəsində bir avtomobildən dayanmağı tələb etdikdən sonra sürücü avtomobillə onun üzərindən keçib.
SEPAH hücum edənin təhlükəsizlik qüvvələri tərəfindən tutularaq ədliyyə orqanlarına təhvil verildiyini iddia edib.
www.icra-hakimyyeti.org.az