İranın cənubundakı Hormozqan əyalətində neft kəmərinin partlaması nəticəsində ən azı iki nəfər ölüb.
Bu barədə əyalətin qubernatoru bildirib.
Onun sözlərinə görə, hadisə əyalətin cənub-qərbindəki Bəndər-Xəmir şəhərində baş verib.
İki şəxs yanacaq oğurlamaq məqsədilə neft kəmərində deşik açmağa cəhd edib. Qaçaqmalçıların hərəkətləri nəticəsində partlayış baş verib.
Hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar.
13:16
İranda neft kəməri partlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, hadisə bu gün səhər saatlarında Hormozqan əyalətinin Keşar kəndi yaxınlığında baş verib.
Yanğının hələ də davam etdiyi vurğulanır.
Məlumata görə, partlayış yerində minik avtomobili də yanıb.
Yanğının şiddətindən avtomobilin içərisində insan olub-olmadığını öyrənmək üçün yaxınlaşmaq mümkün deyil.
Mənbə: YJC
www.icra-hakimyyeti.org.az