İspaniyada ənənəvi “pomidor döyüşü” baş tutub – FOTO/VİDEO

Dünya


Hər il avqustun son çərşənbə günü İspaniyanın Bunol şəhərində “La Tomatina” festivalı çərçivəsində ənənəvi “pomidor döyüşü” təşkil olunur.

Festival bir həftə davam edir. Tədbir zamanı “pomidor döyüşü” ilə yanaşı atəşfəşanlıq, paradlar və yarmarka keçirilir.

Builki festival artıq 40 minə yaxın insanı cəlb edib. Bayram zamanı yerli mağazaların sahibləri obyektlərini qorumaq üçün pəncərələrini xüsusi “qalxanlarla” örtürlər.

Qeyd edək ki, festival 1945-ci ildən keçirilir. 1980-ci ildən başlayaraq tədbir üçün lazımi miqdarda pomidoru şəhər rəhbərliyi təmin edir. Festival 2002-ci ildə beynəlxalq status alıb.

Mənbə: news.ru

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir