Meşə yanğınları Kanadanın şimal-qərb bölgəsini öz cənginə alıb.
Qeyd olunur ki, meşə yanğınları əhalisi 20 minə yaxın olan Yellounayf şəhərinə doğru yaxınlaşır.
Yerli hökumət orqanları artıq təxliyə ilə əlaqədar sakinlərə müraciət ünvanlayıb və əhalinin kütləvi təxliyəsi prosesinə başlanılıb.
Həmçinin, yanğınlarla əlaqədar ölkənin şimal-qərb bölgəsinə aparan magistral yollar bağlanıb.
Təxliyəyə hərbi aviasiya da cəlb edilib.
Mənbə: Euronews
www.icra-hakimyyeti.org.az