Türkiyənin Kastamonu şəhərinin Tosya Mütəşəkkil Sənaye Bölgəsində taxta qapı fabrikində yanğın baş verib.
Qısa müddətdə böyüyən yanğın bütün fabriki bürüyüb. Yanğın fabrikin həyətində olan taxta materiallara da keçib. Əraziyə çox sayda yanğınsöndürən göndərilib.
Hadisənin səbəbi məlum deyil.
Mənbə: Haber Global
www.icra-hakimyyeti.org.az