Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə Azərbaycan təmsilçiləri “Sabah” və “Neftçi”nin də potensial rəqibləri müəyyənləşəcək.
Murad Musayevin baş məşqçisi olduğu komanda püşkatmaya səpələnmişlər, Adrian Mutunun rəhbərlik etdiyi kollektiv isə səpələnməmişlər səbətindən qoşulacaq.
Püşkatma zamanı eyni ölkənin komandalarının yer aldığı cütlüklər bir-birilərinə rəqib ola bilməzlər. Həmçinin, səpələnmişlərdə qərarlaşan “Budyo/Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü “Neftçi”nin potensial rəqibləri sırasında olmayacaq.
Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah” Serbiya “Partizan”ı, “Neftçi” isə Türkiyə “Beşiktaş”ı ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
Səpələnmişlər:
“Ayntraxt” (Almaniya)
“Lill” (Fransa)
“Aston Villa” (İngiltərə)
“Fiorentina” (İtaliya)
“Brügge” (Belçika) / “Akureyri” (İslandiya) cütü
“Alkmaar” (Niderland) / “Santa Koloma” (Andorra) cütü
“Gent” (Belçika) / “Poqon” (Polşa) cütü
“Dinamo” (Kiyev, Ukrayna) / “Aris” (Yunanıstan) cütü
“Fənərbağça” (Türkiyə) / “Maribor” (Sloveniya) cütü
“Midtülland” (Danimarka) / “Omoniya” (Kipr) cütü
“Partizan” (Serbiya) / “Sabah” (Azərbaycan) cütü
PAOK (Yunanıstan) / “Hayduk” (Xorvatiya) cütü
“Makkabi” (Təl-Əviv, İsrail) / AEK (Kipr) cütü
“Viktoriya” (Çexiya) / “Qzira” (Malta) cütü
“Budyo/Qlimt” (Norveç) / “Pünik” (Ermənistan) cütü
Avropa Liqasında “Slaviya” (Çexiya) / “Dnepr-1” (Ukrayna) cütünün məğlubu
Avropa Liqasında “Olimpiakos” (Yunanıstan) / “Genk” (Belçika) cütünün məğlubu
Səpələnməmişlər:
“Osasuna” (İspaniya)
“Lex” (Polşa) / “Spartak” (Slovakiya) cütü
“Rapid” (Avstriya) / “Debretsen” (Macarıstan) cütü
“Hapoel” (Beer Şeva, İsrail) / “Levski” (Bolqarıstan) cütü
APOEL (Kipr) / “Dila” (Gürcüstan) cütü
“Beşiktaş” (Türkiyə) / “Neftçi” (Azərbaycan) cütü
“Tvente” (Niderland) / “Riqa” (Latviya) cütü
“Riyeka” (Xorvatiya) / “Torshavn” (Farer adaları) cütü
“Aruka” (Portuqaliya) / “Brann” (Norveç) cütü
“Styaua” (Rumıniya) / “Nordsyelland” (Danimarka) cütü
“Legiya” (Polşa) / “Austriya” (Avstriya) cütü
“Rusenborq” (Norveç) / “Harts” (Şotlandiya) cütü
“Osiyek” (Xorvatiya) / “Adana Dəmirspor” (Türkiyə) cütü
“Hibernian” (Şotlandiya) / “Lütsern” (İsveçrə) cütü
“Tobol” (Qazaxıstan) / “Derri Siti” (İrlandiya) cütü
“Sepsi” (Rumıniya) / “Aktobe” (Qazaxıstan) cütü
“Çelye” (Sloveniya) / “Neman” (Belarus) cütü
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.
www.icra-hakimyyeti.org.az