Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin müddəti oktyabrın 2-dək uzadılıb.
Qeyd edək ki, daha əvvəl bu müddət iyulun 1-dək uzadılmışdı.
www.icra-hakimyyeti.org.az