Lənkəran rayon sakini bıçaqlanıb.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayon Şilavar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Əlihəsən oğlu Əlizadə döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Hadisənin hansı zəmində baş verməsi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimyyeti.org.az