Lənkəranda mədəniyyət işçilərinin seminar müşavirəsi

Sosial Tədbirlər

Qəni Vəliyev adına Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Lənkəran şəhər Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.
Seminarda kənd mədəniyyət evlərinin və klubların əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev iyul ayı ərzində görülən işlər haqqında ətraflı məruzə edib.
Sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin metodisti Nailə Hüseynova əməkdaşlara mədəni-kütləvi tədbirlərin keçirilmə qaydaları və sənədləşmə işləri ilə əlaqədar geniş metodiki tövsiyələr verib.
Yekunda tədbir iştirakçılarına avqust ayında qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar verilib.

ƏLİHÜSEYN ŞÜKÜROV,
Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi qəzetinin Baş redaktoru.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir