Liviya hökuməti ölkənin Xüms limanının Türkiyə tərəfindən icarəyə götürülməsi barədə yayılan məlumatları təkzib edib.
Bu barədə Liviya Milli Birlik Hökumətinin sözçüsü Məhəmməd Hamuda məlumat verib.
“Xüms limanının icarəyə götürülməsi və orada hərbi baza yaradılması barədə məlumatlar əsassızdır”, – deyə Hamuda bildirib.
Qeyd edək ki, avqustun 17-si Türkiyənin Liviyanın Xüms limanını 99 il müddətinə icarəyə götürməsi barədə məlumat yayılmışdı.
Mənbə: Cumhuriyet
www.icra-hakimyyeti.org.az