“Mançester Siti”nin futbolçusu tarixə düşüb

Dünya


Xorvatiya millisinin və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Mateo Kovaçiç tarixə düşüb.

“Report” xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi UEFA Superkubokunda İspaniya “Sevilya”sına qalib gəlməklə buna nail olub.

Kovaçiç üç fərqli klubda bunu bacaran ilk oyunçudur. O, daha əvvəl 2016 və 2017-ci illərdə İspaniya “Real”ında, 2021-ci ildə isə İngiltərənin “Çelsi” komandasında titula yiyələnib.

Yarımmüdafiəçidən daha çox UEFA Superkubokunu yalnız Toni Kroos əldə edib. Almaniyalı futbolçu “Bavariya” ilə bir, “Real” ilə dörd dəfə qələbə sevinci yaşayıb.

Qeyd edək ki, “Mançester Siti” əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında “Sevilya”nı məğlub edib – 5:4.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir