MASALLIDA FƏALİYYƏT GÖSTƏRƏN SƏNAYE MÜƏSSİSƏLƏRİNİN FƏALİYYƏTİ AÇIQLANIB

Cəmiyyət

MASALLIDA FƏALİYYƏT GÖSTƏRƏN SƏNAYE MÜƏSSİSƏLƏRİNİN FƏALİYYƏTİ AÇIQLANIB.

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2023-cü ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 25,5 faiz artaraq53276,2 min manat təşkil etmişdir.

Mədənçıxarma sənayesi müəssisələri tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi olmamışdır. Məhsulun 83,6 faizi emal sənayesində, 15,0 faizielektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Qeyri-dövlət sektorunda istehsalın həcmi 44626,1 min manat olmuşdur.Bu da, ümumi sənaye istehsalının 83,8 faizini təşkil edir.

Mədənçıxarma sənayesi müəssisələri tərəfindən2023-cü ilin yanvar-iyun ayları ərzində istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi olmamışdır.

Emal sektorunun müəssisələri tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmimüqayisəli qiymətlərlə 37,5 faiz artaraq 44533,0min manat təşkil etmişdir. Sahə üzrə məhsul istehsalının əsasını mebellərin istehsalı (80,7 faiz), qida məhsullarının istehsalı (12,1faiz), tikinti materiallarının istehsalı (2,3 faiz), rezin və plastik kütlə məmulatlarının istehsalı (1,4 faiz), kimya sənayesi (1,5 faiz), poliqrafiya məhsullarının istehsalı (0,7 faiz) və digər emal sahələrinin sənayesi (1,3 faiz) təşkil edir.

Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən2023-cü ilin yanvar-iyun aylarında malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 12,0 faiz artaraq 8000,8 min manat təşkil etmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi müqayisəli qiymətlərlə 39,9 faiz artaraq742,4 min manat təşkil etmişdir. ƏLİHÜSEYN ŞÜKÜROV,
Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi qəzetinin Baş redaktoru.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir