Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayon Mərkəzi Kitabxanasında kitabxana işçilərinin seminar müşavirəsi keçirilib.
Tədbirədə məkrəzi kitabxananın və kənd kitabxana filiallarının əməkdaşları iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib.
Sonra görülmüş işlərin nəticələri və qarşıdakı aylarda nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb. Kitabxana xidmətinin səmərəliliyinin artırılması və oxucularla aparılan işin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
ƏLİHÜSEYN ŞÜKÜROV,
Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi qəzetinin Baş redaktoru.
www.icra-hakimyyeti.org.az