Meksikanın mərkəzində, Sumpanqo bələdiyyəsi yaxınlığında yolda hərəkətdə olan yanacaq daşıyan maşının aşması, ardınca isə partlaması nəticəsində azı səkkiz nəfər ölüb.
Qeyd olunur ki, yük maşını partlayan zaman yolun hərəkət hissəsində sərnişinlərlə dolu taksi olub.
Partlayış nəticəsində taksidə olan insanların hamısı ölüb.
Hadisənin təfərrüatı araşdırılır.
Mənbə: Excelsior
www.icra-hakimyyeti.org.az