Kəlbəcərdə minik maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.
Oxu.Az-ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.
“Mitsubishi” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı Türkiyə vətəndaşları – 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik hadisə yerində həlak olublar.
Xəsarət alan isə 1993-cü il təvəllüdlü M.Okumuşdur.
Qeyd edək ki, dərəyə aşan avtomobil Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.icra-hakimyyeti.org.az