Rusiyanın Moskva vilayətinə dron hücumu olub.
Bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
İlkin məlumata görə, vilayətin Strogino və Krasnoqorsk şəhərlərində partlayış səsləri eşidilib. Ənənəvi olaraq nə Moskva vilayəti, nə də paytaxtda hava həyəcanı siqnalı verilib.
Bildirilib ki, paytaxtın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında uçuş-enişə məhdudiyyət qoyan “Xalça” planı tətbiq olunur.
www.icra-hakimyyeti.org.az