Naxçıvan şəhərində motosikletin aşması nəticəsində bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə şəhərin mərkəzi küçəsində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini İsmayılov Telman Adil oğlunun idarə etdiyi motosiklet ehtiyatsızlıqdan aşıb.
Nəticədə sürücü ciddi xəsarət alıb.
O, təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimyyeti.org.az