“Rusiya yaxınmənzilli nüvə silahlarını Belarusa ötürməyə başlayıb”.
Bu barədə Polşa Prezidenti Andjey Duda deyib.
“Həqiqətən də, bu proses gedir, biz bunu görürük”, – dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, belə bir addım regionun və bütün NATO hərbi alyansının təhlükəsizlik arxitekturasını dəyişəcək.
“Bu, bizim yaxın ərazimizdə, eyni zamanda, NATO-nun şərq cinahında təhlükəsizlik arxitekturasını dəyişir. Beləliklə, əslində, bütün Alyans üçün vəziyyəti dəyişir”, – deyə Polşa prezidenti əlavə edib.
Mənbə: ZN.UA
www.icra-hakimyyeti.org.az